SON DƏQİQƏ

"Şahdağ" Milli Parkın ərazisində yanğın olub

Tarix:

8-07-2020, 22:12

/ 1 237 dəfə oxundu.
"Şahdağ" Milli Parkın ərazisində yanğın olub

Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında "Şahdağ" Milli Parkın ərazisində 4 ha sahədə kol-kos, quru ot və ağac qırıntıları yanıb.

Fövqəladə Hallar Nazirliyindən GunAz.az-a verilən məlumata görə, yanğın saat 19:00 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən söndürülüb.

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ