SON DƏQİQƏ
» » Bakıda çoxmərtəbəli binada yanğın söndürülüb - YENİLƏNİB

Bakıda çoxmərtəbəli binada yanğın söndürülüb - YENİLƏNİB

Tarix:

20-08-2019, 12:22

/ 1 797 dəfə oxundu.
Bakıda çoxmərtəbəli binada yanğın söndürülüb - YENİLƏNİB

Paytaxtın Yasamal rayonu ərazisində yerləşən yaşayış binasında baş vermiş yanğın söndürülüb.

Bu barədə GunAz.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

11:47

Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

Bu barədə GunAz.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

O bildirib ki, hadisə rayonun İsmayıl bəy Qutqaşınlı, 63 ünvanında qeydə alınıb:

"Yanğın 17 mərtəbəli yaşayış binasının 13-14-cü mərtəbələri arasındakı elektrik kabellərində baş verib. Hazırda nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Bina sakinləri dərhal təxliyyə edilib. Yanğının söndürülməsi işi davam edir".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ