SON DƏQİQƏ

Azyaşlılara siqaret satanlar cərimələndi

Tarix:

1-04-2023, 18:18

/ 1 675 dəfə oxundu.
Azyaşlılara siqaret satanlar cərimələndi

Qubada azyaşlılara siqaret satanlar cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində bir neçə mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib.

Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.
скачать dle 12.1

Şərhlər