SON DƏQİQƏ

Siqaret satanlar cərimələndi

Tarix:

10-04-2021, 17:48

/ 1 955 dəfə oxundu.
Siqaret satanlar cərimələndi

Aprelin 9-da Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi, Nəsimi və Nərimanov Rayon Polis İdarələrinin əməkdaşlarının keçirdikləri növbəti belə reydlər nəticəsində köşk və mağazalarda satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması faktları aşkar edilib.

Bu bardədə DİN-in mətbuat xidməti məlumat yayıb.

 

Həmin mağazaların satıcıları – C.Muradov və Ü.Səlimovun barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

скачать dle 12.1

Şərhlər