SON DƏQİQƏ
» » Bakıda azyaşlılara siqaret satanlar cəzalandırıldı

Bakıda azyaşlılara siqaret satanlar cəzalandırıldı

Tarix:

9-11-2019, 16:43

/ 1 797 dəfə oxundu.
Bakıda azyaşlılara siqaret satanlar cəzalandırıldı

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

GunAz.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində C.Məmmədquluzadə, H.Babaşov və 3-cü Mədən küçələrində yerləşən 3 mağazada satıcılarının yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması faktları aşkar edilib.

Həmin mağazaların satıcıları – F.Şahbazov, M.Əliyev və E.Vəliyevin barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ