SON DƏQİQƏ

Ağdamda ekskavator minaya düşdü

Tarix:

18-03-2023, 15:35

/ 3 078 dəfə oxundu.
Ağdamda ekskavator minaya düşdü

Ağdamda ekskavator minaya düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, hadisə rayonun Əfətli kəndində əkin sahəsində baş verib.

Belə ki, kənd sakini Elmir Yusifov ekskavatorla təsərrüfat işləri ilə məşğul olarkən nəqliyyat vasitəsi torpağa basdırılmış partlamamış mərmiyə toxunub.

Nəticədə partlayış baş verib. Hadisə zamanı texnikaya ziyan dəyib. E.Yusifov isə yüngül dərəcəli xəsarətlər alıb.

Araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ