SON DƏQİQƏ

Şəkidə ağır qəza olub- Yaralılar var

Tarix:

3-01-2023, 16:53

/ 1 846 dəfə oxundu.
Şəkidə ağır qəza olub- Yaralılar var

Şəkidə mikroavtobus minik avtomobili ilə toqquşub, 6 nəfər xəsarət alıb.

Hadisə bu gün günorta saatlarında şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mersedes" markalı mikroavtobus öncə "Toyota Prius" markalı minik avtomobili ilə toqquşub, daha sonra yoldan çıxaraq aşıb. Nəticədə biri azyaşlı olmaqla 6 nəfər xəsarət alıb.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ