SON DƏQİQƏ

Sumqayıtda ağır qəza olub- Yaralananlar var

Tarix:

15-03-2022, 20:21

/ 3 037 dəfə oxundu.
Sumqayıtda ağır qəza olub- Yaralananlar var

Sumqayıtda mikroavtobus minik avtomobili ilə toqquşub, yaralılar var.

Hadisə "Stansiya Sumqayıt” yaşayış massivinə gedən avtomobil yolunda qeydə alınıb.

 

Belə ki, "Hyundai" markalı mikroavtobus "Hyundai Santa Fe" minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Onlardan 3 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ