SON DƏQİQƏ
» » Akademiyada baş verən yanğın nəticəsində 14 nəfər zəhərləndi

Akademiyada baş verən yanğın nəticəsində 14 nəfər zəhərləndi

Tarix:

6-12-2022, 18:36

/ 2 354 dəfə oxundu.
Akademiyada baş verən yanğın nəticəsində 14 nəfər zəhərləndi

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasındakı yanğında 14 nəfər tüstüdən zəhərlənib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, DSX-nin Akademiyasının inzibati binasında qeydə alınan yanğın hadisəsilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 10 həkim briqadası əraziyə cəlb edilib.

Hazırda hadisə nəticəsində 14 nəfər tüstüdən zəhərlənmə səbəbilə hospitalizasiya olunur.

скачать dle 12.1

Şərhlər