SON DƏQİQƏ

SON DƏQİQƏ: Sərhədçilər qəzaya düşdü

Tarix:

21-11-2022, 17:40

/ 2 059 dəfə oxundu.
SON DƏQİQƏ: Sərhədçilər qəzaya düşdü

Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları qəzaya düşüb, sərhədçi ölüb.

Bu barədə DSX-nin Mətbuat Mərkəzindən bildirilib.

Qeyd edilib ki, hadisə bu gün rayonun Şükürbəyli kəndində qeydə alınıb.

Belə ki, "Shacman" markalı yük avtomobili hərəkətdə olarkən Xidmətə məxsus UAZ markalı avtomobilin hərəkət zolağına çıxıb. Nəticədə qəza baş verib və bir neçə hərbçi xəsarət alıb, baş çavuş Elmir Abbasov isə xəstəxanada vəfat edib.

Hazırda yaralıların müayinə və müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər