SON DƏQİQƏ

Hərbçiləri daşıyan maşın qəzaya düşdü

Tarix:

11-11-2022, 18:15

/ 2 202 dəfə oxundu.
Hərbçiləri daşıyan maşın qəzaya düşdü

Goranboyda hərbçiləri daşıyan "QAZ-52" markalı avtomobil minik avtomobilinə çırpılıb, xəsarət alanlar var.

Hadisə rayonun Xan Qərvənd kəndində qeydə alınıb.

"N" saylı hərbi hissəyə məxsus "QAZ-52" markalı maşın idarəetmədən çıxaraq yol kənarındakı VAZ markalı avtomobillə çırpılıb.

Qəza nəticəsində bir neçə hərbçi xəsarət alıb. Onlar yaxınlıqdakı şəxslərin və təcili tibbi yardım maşınları ilə Gəncə şəhərində yerləşən hərbi hospitala aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ