SON DƏQİQƏ

Rasim Ocaqovun kamerası

Tarix:

10-08-2023, 20:06

/ 3 582 dəfə oxundu.
Rasim Ocaqovun kamerası

Redaksiyadan
Azərbaycan kino tarixində əvəzsiz operator, rejissor, ssenarist olan, kinomuzun inkişafı üçün böyük, tarixi işlər görən, Azərbaycanın və Çeçen-İnquş Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycanın Xalq artisti, SSRİ və Azərbaycan Respublikasının dövlət mükafatları laureatı Rasim Mirqasım oğlu Ocaqovun 2023-cü ilin noyabr ayının 22-də 90 illik yubileyidi. Əlbəttə, bu yubiley dövlət səviyyəsində yüksək formada keçiriləcək. Çünki belə fenomen sənətkarları heç vaxt unutmaq olmaz. Xalqımız onları daha yaxşı tanımalıdır.
Azərbaycan Milli Kinosunun 125 illiyi və Rasim Mirqasım oğlu Ocaqovun 90 illik yubileyi ilə əlaqədar avqust ayından başlayaraq, saytımızın səhifələrində məşhur rejissor, operator, ssenarist Rasim müəllimə həsr olunmuş yazıları çap edirik. Bütün yazarlardan və sənət adamlarından xahiş edirik ki, Rasim Ocaqovla bağlı yazılarını, xatirələrini bizim saytın emailinə, ya da Əməkdar incəsənət xadimi, yazıçı-rejissor Ağalar İdrisoğlunun emailinə[email protected] göndərsinlər və biz həmin yazıları çap edək.

Onun kimi olmaq mümkün deyil

Ağır təbiətli, qaraqabaq, ürəyitəmiz, zəhmətkeş və vicdanlı insan

Xalq ar¬tis¬ti, SSRİ və Azərbaycan Respublikasının Döv¬lət mü¬ka¬fa¬tları lau¬rea¬tı Ra-sim Oca¬qov ki¬no¬motoq¬ra¬fi¬ya¬da ma¬raq¬lı ya¬ra¬dı¬cı¬lıq yo¬lu keçsə də, Azərbaycan tamaşaçılarının sevdiyi və dönə-dönə izlədiyi filmlərə imza atsa da, ən əsası tamaşaçı üçün danışmağa sözü çox olsa da, jurnalistlərə müsahibə verməyi o qədər də xoşlamırdı. "Hələ yeni işim yoxdur, nə danışacam? Köhnə söhbətləri nə qədər demək olar”,- deyərək, mətbuat işçilərindən bir qədər kənar gəzirdi. Hərçənd, bir dəfə "şeytanın qıçını qırıb” uzun müddətlik susqunluqdan sonra ”Kaspi” qəzetinə
müsahibə verdi. Mən də həmin söhbəti yazıya köçürtdüm. Onun söhbəti də sırf nostalji hisslərə köklənmişdi.

Rasim Ocaqovun kamerası

Rasim Mirqasım oğlu Ocaqov 1933-cü ildə Şəkidə dünyaya gəlib. Uşaqlıqdan foto ilə maraqlanır və həvəskar şəkillər çəkirdi. Arzusu geoloq olmaq idi. Bir dəfə Şəkiyə sənədli film çəkən qrup gəlib. Bu vaxt fotoqrafiya ilə ciddi məşğul olan Rasim peşəkarların necə işlədiklərini görmək üçün onların yanına gedib. Sirli kino aləmi onu özünə elə çəkir ki, gənc fotoqraf bu sənəti dərindən öyrənməyi qərara alıb. Rasim Ocaqov      Rasim Ocaqovun kamerası
orta məktəbi bitirdikdən sonra Moskvaya gedib. Dünya şöhrətli Moskva Ümumittifaq
Kino İnstitutuna daxil olan gənc rasim, 1951-1956-cı illərdə kinooperatorluq
fakültəsində dərs alıb.
B. Qolovnya və L. Kosmatov kimi sənətkarların emalatxanası ona kino aləminin möcüzəli sirlərini açıb.
1956-cı ildən "Azərbaycanfilm” kinostudiyasında quruluşçu operator kimi
çalışmağa başlayan Rasim Ocaqov, ilk dəfə operator kimi “Bir məhəlləli iki oğlan”
filmini lentə alıb. Filmdə baş operator Marqarita Pilixina olub. 1958-ci ildə çəkdiyi “Onun böyük ürəyi” filmi isə Rasim Ocaqovun ilk sərbəst işi idi. Kinofilm Sumqayıt metallurqlarının çox ağır, məşəqqətli həyatına həsr olunmuşdu. Bu ağır peşə adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici
bir formaya salınmışdı. İnsanların od püskürən soba qarşısındakı gərgin anları, bəzən romantik məqamlarda geniş və orta planlardakı vəziyyətləri elə ustalıqla yaradılıb ki, tamaşaçı həqiqətən onun yaradıcılarının istedadına heyran qalır.
Bu filmdə Rasim Ocaqov həm də özünü psixoloji anların ustası kimi təsdiq etdi. O cümlədən, “Bir cənub şəhərində”, “Bizim küçə” kinofilmləri onun kamerası və uşaqgörən təxəyyülü ilə çəkilib. “Əsl dost”, “Mən rəqs edəcəyəm”, “Sən niyə susursan?” və “Skripkanın sərgüzəşti” kinofilmlərindəki işi ilə Rasim
     Rasim Ocaqovun kamerasıOcaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yatmağa
müvəffəq olub. Ancaq o, içində kinoya aşıb-daşan sevgisinə, yaradıcılıq arzusuna
təkcə kameradakı işi ilə cavab tapa bilmirdi. Məhz buna görə Rasim Ocaqov
rejissor kimi özü film çəkmək istəyir. Bu arzu ilə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub, bu təhsil
ocağını bitirsə də, kino çəkmək arzusunu tezliklə həyata keçirməyə və reallaşdıra
bilməyib.Ona kinofilm çəkməyi həvalə etmirdilər. Bir gün “Azərbaycanfilm”in rəhbəri onu çağıraraq “sənə Moskvanın qəbul etmədiyi bir filmi yenidən işləmək üçün verirəm, bacarsan, rejissor olacaqsan, bacarmasan, kino
üzünə həsrət qalacaqsan”,- deyir. Beləcə Hüseyn Seyidzadənin çəkdiyi “Gəncəbasarlı qisasçı” kinofilmi Rasim Ocaqova həvalə olunub. Tarixi-qəhrəmanlıq janrında çəkilən filmdə o, qəhrəmanların ifaçılarını dəyişir, ssenarini yenidən işləyir. Qatır Məmməd obrazını isə görkəmli aktyor Şahmar Ələkbərova tapşırır. Film
ekranlara çıxanda isə müəyyən iradlar deyilsə də, bütövlükdə ekran əsərinin
uğurlu olması mətbuatda geniş qeyd edilib. Bununla da Rasim Ocaqovun
rejissorluğu yolunda yaşıl işıq yanıb. Rasim Ocaqovun həyat hadisələrini, ətrafındakıları kameranın ştativindən dəqiq görüb-göstərmək bacarığı ona
rejissorluq fəaliyyətində də uğur qazandırıb.
Rasdim Ocağovun rejissor kimi ikinci işi Xalq yazıçısı İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi “Tütək səsi” kinofilmi olub. Film öz orijinal səhnələri, çəkiliş manerası, mövzunun bədii həlli baxımından Azərbaycan kinosuna xeyli
yeniliklər gətirib.
“İstintaq”, “Özgə ömür”, “Park”, “Təhminə”, “Bağlı qapı”, “Həm ticarət, həm ziyarət”, “Ölsəm, bağışla”, kinofilmləri Rasim Ocaqovun filmoqrafiyasının incisinə, tamaşaçıların sevimli filmlərinə çevrilib. Rejissorun sonuncu filmi isə Xalq yazıçısı Anarın ssenarisi əsasında çəkdiyi “Otel otağı” olub.
Onun bütün filmlərində dramaturq, rejissor, bəstəkar ideyalarının kompleksləşmiş əksi aktyor ifaçılığında özünü aydın göstərib, milyonların rəğbətini qazanıb.
Rasim Ocaqovun hər filmi aktyorlar üçün yeni bir məktəb idi. Çünki aktyorlarla fərdi işləmək bacarığı onun filmlərində koloritli üslubda təqdim olunurdu. O, həyatı
boyu müasiri olduğu zamanın və insanların mikroaləmini ekranlara məqsədyönlü şəkildə gətirməkdə, filmlərində bədii-estetik dəyərləri yüksək səviyyədə təqdim etməkdə israrlı idi və bunu da edirdi. Bacarırdı. Onun ekranda yaratdığı
personajlar həyatiliyinə, təbiiliyinə görə düşüncələrimizin bir hissəsində kök
sala bilirdilər.

Bəx¬tim on¬da gə¬ti¬rib ki...

Rasim Ocaqovun öz aktyor komandası vardı - onlarla işləməyi xoşlayırdı.
“Mə¬nim öz qru¬pum var¬dı. Ey¬ni adam¬lar¬la iş¬lə¬yirdim. Mən on¬la¬ra, on¬lar da mə¬nə
öy¬rəş¬miş¬di¬lər. Bi¬lir¬di¬lər ki, çox tə¬ləb¬ka¬ram. Kinofilm elə¬dir ki, qur¬ta¬ran¬dan son¬ra
tə¬zə¬si¬ni çək¬mə¬din¬sə, on¬lar iş¬lə¬mək üçün baş¬qa qrup¬la¬ra ge¬dir¬lər. Am¬ma o
adam¬lar¬la ki, iş¬lə¬mi¬şəm, in¬di də on¬la¬rı se¬vi¬rəm. On¬lar mə¬nim¬çün in¬di də
doğ¬ma¬dır. Al¬lah qoy¬sa, ye¬nə film çək¬mə¬yə baş¬la¬sam, ye¬nə öz qru¬pu¬mu
ya¬ra¬da¬ca¬ğam”- deyə "Kaspi” qəzetinə müsahibəsində demişdi.
Rejissor kimi çəkdiyi filmlərin uğurundan razı idi Rasim Ocaqov: “On iki
bə¬dii film çək¬mi¬şəm, heç bi¬rin¬dən utan¬mı¬ram. Mən¬də si¬fa¬riş¬li film¬lər heç vaxt
ol¬ma¬yıb. İs¬tə¬di¬yim şey¬lə¬ri çək¬mi¬şəm”.
1990-cı ildən "Ocaq” studiyasını yaradan Rasim Ocaqov öz sevimli işini
müstəqil davam etdirməyə başlayır.
Son illər Rasim Ocaqovu Azərbaycan kinosunun vəziyyəti çox narahat edirdi. Rejissor
kinodakı keçirdiyi illərindən söz düşəndə 1960-70 və ya 80-ci illəri xatırlayırdı və deyirdi: “Mə¬nim bəx¬tim on¬da gə¬ti¬rib ki, Azər¬bay¬can ki¬no¬su¬nun yax¬şı il¬lə¬rin¬də
iş¬lə¬mi¬şəm. O vaxtlar Azər¬bay¬can ki¬no¬su¬nun ən yax¬şı döv¬rü idi. At¬mos¬fer
ta¬ma¬mi¬lə ay¬rı cür idi. Gün¬lər də tez uçub ge¬dir¬di. Axır il¬lər ki, ki¬no¬da çə¬tin¬lik¬lər
ol¬du, elə bil gün¬lər də ya¬vaş-ya¬vaş get¬mə¬yə baş¬la¬dı. İndi mən¬də is¬tər-is¬tə¬məz
so¬vet döv¬rü¬nün xif¬fə¬ti var. Düz¬dür, o döv¬rün pis tə¬rəf¬lə¬ri də var¬dı. Am¬ma yax¬şı
tə¬rə¬fi da¬ha çox idi... Hər şey ar¬xa¬da qal¬dı... Əgər 40-50 ya¬şım ol¬say¬dı,
de¬yər¬dim ki, hə¬lə hər şey irə¬li¬də¬dir. An¬caq qa¬baq¬da heç bir ümid ye¬ri yox¬dur”
,- deyə ümidsizliyə də qapılırdı Rasim Ocaqov.

Bundan sonra Rasim Ocaqov olmayacaq

Rasim Ocağovun filmlərində rol alan aktyorlar bu gün onun kimi rejissorların olmamağını milli kinomuz üçün böyük itki hesab edirlər:
-Rasim Ocaqovun yaradıcılığının əsas qayəsi insan mənəviyyatı, psixologiyası, həyatdakı mövqeyini ekranda dəqiq xarakterizə etmək, müasirlərinin mənəvi keyfiyyətlərinin təhlil obyektinə çevirmək idi. O, çəkdiyi filmlərdəki personajları yalnız tamaşaçıya təqdim etmək məqsədi güdmürdü. Müxtəlif fonlu çəkilişləri ilə həm naturanın əhəmiyyətini, dekorasiyaların uyğunluğunu, personajların
xarakterik sifətlərində əks olunan hadisələrin dəqiq ünvanını tamaşaçıya çatdırıb, onu kinonun ibrətamiz, dəyərli keyfiyyətlərinə heyran qoyurdu,- deyən
Xalq artisti, hamımızın sevimlisi, Azərbaycan kinosunda çox böyük işlər görən
Rasim Balayev bir neçə filmində rol aldığı Rasim Ocaqovu böyük sənətkar
kimi xatırlayır: “Rasim Ocaqov Azərbaycanın ən görkəmli rejissorlarından biridir. O, milli kino tarixində öz dəsti-xətti olan, yaratdığı əsərlərlə Azərbaycan tamaşaçısının qəlbində yaşayan sənətkardır. Rasim Ocaqov çox ciddi, intizamlı, ədalətli insan idi. Azərbaycanın bir neçə ustad sənətkarları olub, mən deyərdim ki, onların içərisində əsl vətəndaş sənətkarlardan biri də Rasim Ocaqov idi. Çox xoşbəxtəm ki, onun dörd kinofilmində çəkilmişəm. Rollarımın bəzisi əsas, bəzisi isə epizodik rollar olub.
Rasim Ocaqov kinonu dərindən bilən, sevən bir sənətkar idi. Aramızda
yaş fərqinə baxmayaraq, onunla dostluğumuz da vardı. Hələ lap ilk işindən
o, operator kimi məni “Ömrün ilk günü” filminə çəkib.
Ondan sonra Rasim Ocaqova “Qatır Məmməd” filmini verdilər, mən də orada çəkildim. O vaxtdan biz dostluq edirdik və axırıncı illərdə də bir yerdə işləyirdik”.
Aktyor Rasim Balayev, Rasim Ocağovu əvəzolunmaz insan adlandırır: “Rasim Ocaqov kimi olmaq qətiyyən mümkün deyil. Rasim Ocaqovun
özünəməxsusluğu, öz dünyagörüşü, öz baxışı, öz düşüncə tərzi vardı.
Çox əfsus ki, bundan sonra ikinci Rasim Ocaqov olmayacaq. İndi gənclərin hansının istedadlı, hansının istedadsız olduğunu bilmirəm. Hələlik, adamın gözünə qabarıq dəyən adamları görə bilmirəm. Amma yəqin ki, yetişməlidir.
Çünki həyatın qanunauyğunluğu var - zaman öz sənətkarını yetişdirir. Ola bilsin ki, bəzən müəyyən sənət növlərində bir az durğunluq olur, obyektiv və subyektiv
səbəblər üzündən bir az tənəzzül baş verir.
Bu da yəqin ki, müvəqqətidir.Tarixdə belə hallar baş verib vəverir. İncəsənətin bütün
növlərində bu cür hadisələrə rast gəlmək mümkündür. Məsələn, bir neçə il bundan
əvvəl muğam sənəti ölkəmizdə arxa plana keçmişdi. Bildiyiniz kimi, indi muğam
sənətinə yüksək diqqət və qayğı göstərilir. İstedadların yetişməsi üçün şərait yaradılır.
Bu, çox amillərlə bağlıdır. Mən inanıram ki, zaman öz sənətkarını yetişdirəcək.
Ancaq bütün hallarda, Rasim Ocaqov olmaq mümkün deyil”.
Rasim Ocaqov “Günəşin kələfi” adlı kinofilmini çəkmək haqda düşünürdü. Baş rolda
sevimli aktyoru Fəxrəddin Manafov olacaqdı. Kinofilmin ssenarisini də oxumağa ona
vermişdi. Amma qəfil ürək tutması tanınmış rejissorun bu müqəddəs məqsədinin qarşısına sədd çəkdi... Rasim Ocaqov 2006-cı il iyulun 12-də, 73 yaşında həyatdan köçdü.
Ancaq kino tariximizdə bir-birindən maraqlı, baxımlı filmləri, onu
yaxından tanıyan, bir komandada çalışan insanların yaddaşında isə ağır
təbiətli, qaraqabaq, ürəyitəmiz, zəhmətkeş və vicdanlı insan kimi qaldı...

[b] Təranə MƏHƏRRƏMOVA[/b]

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ