SON DƏQİQƏ

BİLMƏDİ

Tarix:

29-02-2024, 21:58

/ 3 102 dəfə oxundu.
BİLMƏDİ

Sənsiz daha bir il keçdi ömürdən,
Nə eylədim əlim sənə yetmədi.
Yolunu gözlədim cani-könüldən,
Ayrılıq aradan çıxıb getmədi.

XXX
Birgə günlərimiz xatirə oldu,
Xəyalın gözümdə əbədi qaldı,
Gör nisgil canımı ne hala saldı?
Hicran nəğmələri sona yetmədi.
XXX
Üz tutub özgəyə getdin,dönmədin,
Bu eşqə mənimtək  sən də yanmadın,
Unutdun,bir daha məni anmadın,
Bu ömür heç məni qane etmədi.

XXX
Bu eşq təəccübə saldı çoxunu,
Hicran üstümüzə sıxdı oxunu,
Qəlbinə səpdiyim sevgi toxumu,
Çürük-çürük oldu,bir də bitmədi..
            Nazlı Hacılı
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ