SON DƏQİQƏ

Məni unut DEMİŞDİN

Tarix:

4-01-2024, 10:19

/ 3 056 dəfə oxundu.
Məni unut DEMİŞDİN

ÜLKƏR  NİCATLI
          (Lənkəran)

MƏNİ UNUT DEMİŞDİN

Dəniz gözlüm məni unut demişdin,
Gözün  aydın, sətir -sətir  unutdum.
Gördüm səni  unutmağa tabı yox,
Ürəyimi  sənəxətir unutdum.
Sevgi mehi öpməz daha üzündən,
Dadı  qaçıbömür  adlı bu  yolun.
Götür mənim göz yaşımı nə olar,
Öz əlinlə  gözyaşını  yu - yolun.
Çatılıbdı qaşı sənli günlərin,
Xatirələr üzün tutub qəhərdən.
Bütün  dünyaayrılığa  yoluxub,
Sevgi köcüb sən yaşayan şəhərdən.
Vaxtın olsa,bu yaralı misramın
Könlün alıb,göz  yaşını silərsən.
Dəniz gözlüm,məni unut demişdın,
Sevmək özü unutmaqdır biləsən.

SƏN DƏ MƏNİ UNUTDUN...

Sənə sarı qanad  açan  ürəyim,
Köynək geyib  gözlərimin  yaşından.
Hər gün mənə məktub yazır ümidlər,
Gəlib  çatmırdünyanın o başından.
Sən də məni hamı kimi unutdun,
Gedib durdun ayrılığın yanında.
Xatirələr üzün yuyur hər  səhər,
Yazmadığım misraların qanında.
Yığışdırıb  aparmısansəbrimi,
Sözüm yoxdur daha sənə deməyə.
Gözlərimdə  bir  ev tikib həsrətin,
Əlim qalxmır  qapısını döyməyə.
Asta  oxugözlərinə  dolacaq,
Varaqdakı bu misralar külümdü.
Son qürurum  dodağımı  dişləyir,
Deyəmmirəm sənsiz qalmaq zülumdü.
Urəyimdə dəfn elədim yenə də,
Eşq  qoxuluqərib - qərib  sözləri.
Məktub-məktub göy uzündə ağlayır,
Yetim  qalanbu  sevginin  gözləri.

MƏKTUB

Allah,sənə yazdığım o məktubu,
Hansı mələk  oğurladı görəsən?
Özün söylə indi harda durum ki?
Bircə  dəfə  əhvalımı  görəsən.
Üz gözündə son ümidin ahı var,
Yanağımda yarpaqlayan payızın.
Bir mələyin  dodağındanyıxılan,
O təbəssüm könlün açmaz bu qızın.
Bu unutqan adamların içində,
Mən ki,səni unutmadım,İlahi.
Bəxt yazdığın o dəftərin içindən,
İtkin düşüb mənim adım,İlahi 
Bəyaz-bəyaz varaqlarla bu axşam,
Qurban olum,yenə səndən danışdım.
Şair  qəlbi  ərköyündür , bilirsən
Bağışla  ki,işlərinəqarışdım.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ