Məni unut DEMİŞDİN
ÜLKƏR NİCATLI
(Lənkəran)
(Lənkəran)
MƏNİ UNUT DEMİŞDİN
Dəniz gözlüm məni unut demişdin,
Gözün aydın, sətir -sətir unutdum.
Gördüm səni unutmağa tabı yox,
Ürəyimi sənəxətir unutdum.
Sevgi mehi öpməz daha üzündən,
Dadı qaçıbömür adlı bu yolun.
Götür mənim göz yaşımı nə olar,
Öz əlinlə gözyaşını yu - yolun.
Çatılıbdı qaşı sənli günlərin,
Xatirələr üzün tutub qəhərdən.
Bütün dünyaayrılığa yoluxub,
Sevgi köcüb sən yaşayan şəhərdən.
Vaxtın olsa,bu yaralı misramın
Könlün alıb,göz yaşını silərsən.
Dəniz gözlüm,məni unut demişdın,
Sevmək özü unutmaqdır biləsən.
Gözün aydın, sətir -sətir unutdum.
Gördüm səni unutmağa tabı yox,
Ürəyimi sənəxətir unutdum.
Sevgi mehi öpməz daha üzündən,
Dadı qaçıbömür adlı bu yolun.
Götür mənim göz yaşımı nə olar,
Öz əlinlə gözyaşını yu - yolun.
Çatılıbdı qaşı sənli günlərin,
Xatirələr üzün tutub qəhərdən.
Bütün dünyaayrılığa yoluxub,
Sevgi köcüb sən yaşayan şəhərdən.
Vaxtın olsa,bu yaralı misramın
Könlün alıb,göz yaşını silərsən.
Dəniz gözlüm,məni unut demişdın,
Sevmək özü unutmaqdır biləsən.
SƏN DƏ MƏNİ UNUTDUN...
Sənə sarı qanad açan ürəyim,
Köynək geyib gözlərimin yaşından.
Hər gün mənə məktub yazır ümidlər,
Gəlib çatmırdünyanın o başından.
Sən də məni hamı kimi unutdun,
Gedib durdun ayrılığın yanında.
Xatirələr üzün yuyur hər səhər,
Yazmadığım misraların qanında.
Yığışdırıb aparmısansəbrimi,
Sözüm yoxdur daha sənə deməyə.
Gözlərimdə bir ev tikib həsrətin,
Əlim qalxmır qapısını döyməyə.
Asta oxugözlərinə dolacaq,
Varaqdakı bu misralar külümdü.
Son qürurum dodağımı dişləyir,
Deyəmmirəm sənsiz qalmaq zülumdü.
Urəyimdə dəfn elədim yenə də,
Eşq qoxuluqərib - qərib sözləri.
Məktub-məktub göy uzündə ağlayır,
Yetim qalanbu sevginin gözləri.
Köynək geyib gözlərimin yaşından.
Hər gün mənə məktub yazır ümidlər,
Gəlib çatmırdünyanın o başından.
Sən də məni hamı kimi unutdun,
Gedib durdun ayrılığın yanında.
Xatirələr üzün yuyur hər səhər,
Yazmadığım misraların qanında.
Yığışdırıb aparmısansəbrimi,
Sözüm yoxdur daha sənə deməyə.
Gözlərimdə bir ev tikib həsrətin,
Əlim qalxmır qapısını döyməyə.
Asta oxugözlərinə dolacaq,
Varaqdakı bu misralar külümdü.
Son qürurum dodağımı dişləyir,
Deyəmmirəm sənsiz qalmaq zülumdü.
Urəyimdə dəfn elədim yenə də,
Eşq qoxuluqərib - qərib sözləri.
Məktub-məktub göy uzündə ağlayır,
Yetim qalanbu sevginin gözləri.
MƏKTUB
Allah,sənə yazdığım o məktubu,
Hansı mələk oğurladı görəsən?
Özün söylə indi harda durum ki?
Bircə dəfə əhvalımı görəsən.
Üz gözündə son ümidin ahı var,
Yanağımda yarpaqlayan payızın.
Bir mələyin dodağındanyıxılan,
O təbəssüm könlün açmaz bu qızın.
Bu unutqan adamların içində,
Mən ki,səni unutmadım,İlahi.
Bəxt yazdığın o dəftərin içindən,
İtkin düşüb mənim adım,İlahi
Bəyaz-bəyaz varaqlarla bu axşam,
Qurban olum,yenə səndən danışdım.
Şair qəlbi ərköyündür , bilirsən
Bağışla ki,işlərinəqarışdım.
Hansı mələk oğurladı görəsən?
Özün söylə indi harda durum ki?
Bircə dəfə əhvalımı görəsən.
Üz gözündə son ümidin ahı var,
Yanağımda yarpaqlayan payızın.
Bir mələyin dodağındanyıxılan,
O təbəssüm könlün açmaz bu qızın.
Bu unutqan adamların içində,
Mən ki,səni unutmadım,İlahi.
Bəxt yazdığın o dəftərin içindən,
İtkin düşüb mənim adım,İlahi
Bəyaz-bəyaz varaqlarla bu axşam,
Qurban olum,yenə səndən danışdım.
Şair qəlbi ərköyündür , bilirsən
Bağışla ki,işlərinəqarışdım.