SON DƏQİQƏ

ŞƏHİDİN ÖZ ATASINA SON SÖZÜ

Tarix:

8-03-2023, 20:44

/ 2 972 dəfə oxundu.
ŞƏHİDİN  ÖZ  ATASINA  SON  SÖZÜ

 

 Sizə xalqımızın fəxri, elm, ixtira və ədəbiyyat sahəsində çox böyük işlər görən bir insan haqqında  söz  açmaq istəyirik. Bu, Əməkdar mühəndis, tanınmış ixtiraçı, "Tərəqqi” medallı, texika üzrə fəlsəfə doktoru, dosent  Əli Əmirov-Ələmidir. Əli Ələmi çox yüksək intellektə malik bir insandır. Bu gözəl, çox maraqlı insan 1948-ci ilin  mart ayının 12-də   Hacıqabulda anadan olub. Orta məktəbi medalla, ali məktəbi fərqlənmə diplomu ilə bitirib. Böyük Tanrı tərəfindən ona təkcə maraqlı mühəndis-ixtiraçı istedadı verilməyib.

Eyni zamanda, Ulu Yaradan ona geniş ürək, böyük Vətən sevgisi, hər bir adama qarşı çox diqqətli olmaq kimi gözəl, müdrik insani keyfiyyətlər də bəxş edib. Başlıca olaraq, dostumuz, fəxrimiz Əli Ələmi tanınmış şair-qəzəlxan kimi də böyük istedada malikdir. Bir sözlə, Allah tərəfindən seçilmiş insanlardandır. Qətiyyətlə deyə bilərəm ki, zaman gələcək o da  klassiklərimiz Məhəmməd Füzuli, Seyid  Əzim Şirvani, Əliağa Vahid  kimi xalqımızın iftixarına çevriləcək və qəzəlləri dillər əzbəri olmaqla seviləcəkdir. Onun  Odlar  yurdunun  Aerokosmik və hərb sahəsində mühəndis-ixtiraçı kimi də Azərbaycan elminə, hərbinə  verdiyi töfhələri xalqımız üçün böyük xeyirlər gətirir və gələcəkdə də gətirəcəkdir.

Dəyərli ziyalımız  Əli Ələmini 75 illik yubileyi münasibətilə  çoxminli oxucularımız   adından təbrik edirik. Ona can sağlığı və yaradıcılığında daha böyük uğurlar arzu edirik. Yaz, yarat, əziz dostumuz  Əli Ələmi! Çünki bəşəriyyət nə qədər var olacaqsa, söz də o qədər yaşayacaq.

Əziz  oxucular sizə  Əli  Ələminin son vaxtlar yazdığı  şeirlərinin, qəzəllərinin çox  kiçik qismini təqdim edirik. İnanırıq ki, bu şeirlər və qəzəllər sizin də xoşunuza gələcək.

 

Ağalar  İDRİSOĞLU,

ŞƏHİDİN  ÖZ ATASINA  SON  SÖZÜ

 

Ağlama, ağlama, atam, əzizim,

Kişilər hönkürüb, ağlamaz axı.

Allah hüzuruna gedirəm özüm,

Ağlasan, yanında saxlamaz axı.

 

Şəhid atasısan, fəxr eylə daha,

"İgid ol, cəsur ol!"- sən demədinmi?

Səni tapşırmışam, dedin, Allaha,

Allah sənlə olsun, söyləmədinmi?

 

Vətən məhəbbəti, el məhəbbəti,

Demişdin, hər şeydən üstündür, üstün!

Mənim əvəzimdə olsaydın, qəti,

Sən də can verərdin bu Vətən üçün!

 

Yapış nəvələrin ta əllərindən,

Axan göz yaşını, sən Allah, gizlə!

Öpürəm ağlayan o gözlərindən,

Sən də nəvələri öpüb, əzizlə!

 

                                     20. 01. 2023-cü il

 

                   AĞLAMA

(Türkiyədə baş vermiş dəhşətli zəlzələyə aid)

 

Sil gözün yaşın, nolar, səbr eylə, Sultan, ağlama,

Başını dik saxla, etmə qəlbi viran, ağlama!

 

Gəldi, neylərsən, amansız bir bəladır zəlzələ,

Qoyma ki, düşmən sevinsin, vermə imkan, ağlama!

 

Keçmiş olsun bu bəla, başın sağ olsun, Türkiyəm,

Sənlədir türk aləmi, arxanda Turan, ağlama.

 

Gör kəfənsiz qalmış, o əlçatmayan insanları,

Bəxtəvər bitdikdə ömrün, ta, ey insan, ağlama.

 

Çoxdu səhlənkar tikən ev, nəfsi yıxmış çox evi,

Darə çək, insanlığa sığmır bu nöqsan, ağlama.

 

Sonrakı əqli müsəlmanın, deyirlər, kafidir,

Elmin olsun, ey müsəlman, bəsmi Quran, ağlama.

 

Gül kimi çıxdın yer altından, ümidim ey bəbək,

Gün doğar, bir gün olarsan sən də xəndan, ağlama.

 

Ya Ələmi, sən ki göz yaşınla yazdın şe'rini,

Çox uzaqlardan  görüb, yalvardı canan, ağlama.

 

                                                             09. 02. 2023-cü il

Biz Azər(i)baycanlı, Vətən Azər(i)baycan,

Qalsın Vətənimlə, Ələmi, başbaşa xalqım!

 

                                                   19. 07. 2020-ci il

 

 

                         ƏR  İGİDLƏR

 

(Şuşa uğrunda əzmlə vuruşmuş Xüsusi

təyinatlılarımıza minnətdarlıqla)

 

Meydanda dedi son sözü qalib ər igidlər!

Düşmənlərin əzdi, eləyib ləngər igidlər!

 

"Məhv eylə rəqibi" yazılıb alnına, bir bax!

Sanki, doğulubdur anadan əsgər igidlər!

 

Aşdı qayalardan, Şuşaya birbaşa girdi,

Gizlənmək üçün qazmadı bir səngər igidlər!

 

Yüz düşməni əzmək hərənin payına düşdü,

Oynatdı məharətlə çəkib xəncər igidlər!

 

Tarix yazıb o xəncər əzmlə Qalamızda,

Daim dilimizdə olacaq əzbər, igidlər!

 

Öpdükcə şəhidin yanağından, dedi, "can-can”,

Yaş tökdü Şuşamız - o gözəl dilbər, igidlər!

 

Zəm-zəm bulağıtək o şəhidin qanı axdı,

Cənnətdə çəkər nazın onun Kövsər, igidlər!

 

Acizdi Ələmi qələmi vəsf eləməkdə,

Hər bir söz olaydı sizə layiq zər, igidlər!

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ