SON DƏQİQƏ

Sumqayıtın salnaməsini yaradan insan

Tarix:

18-02-2023, 19:30

/ 1 540 dəfə oxundu.
Sumqayıtın salnaməsini yaradan insan

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Səməd  Vurğun adına Mərkəzi Kitabxanada yazıçı-tərcüməçi Arif  Ərşadın yazıçı-publisist, kinossenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Respublikanın Əməkdar jurnalisti, Həsən bəy Zərdabi adına mükafatın laureatı  Eyruz Məmmədova həsr edilən "Eyruzun ömür kitabı” adlı kitabının təqdimatı keçirilib. 

Eyruz Məmmədov bədii, sənədli əsərlərilə Sumqayıtın salnaməsini yaradan insandır. Onun ssenarisi ilə mərhum rejissor, vaxtsız dünyasını dəyişən  Davud İmanovun çəkdiyi "Sumqayıtın əks-sədası” sənədli filmi və bir sıra filmlər ermənilərin Sumqayıtda törətdiyi cinayətlərə tutarlı bir cavabdır. Bu kinofilmlər keçmiş MDB məkanında çox məşhur idi. Azərbaycan Dövlət Televiziyasının qızıl fondunda saxlanılır.

Sumqayıt şəhərinin  ziyalılarının, kitabxananın əməkdaşlarının və oxucularının iştirakı ilə baş tutan tədbiri giriş sözü ilə Sumqayıt şəhər Mərkəzləşdirilmiş  Kitabxana Sisteminin direktor vəzifəsini müvəqqəti icra edən  Natəvan xanım Axundzadə açıb. Torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban verən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcısı Sumqayıt  Dostlar Klubunun sədri, həkim-filosof, yazıçı-publisist  Hümbət Həsənoğlu kitab haqqında öz təəssüratlarını bölüşdükdən sonra qonaqları iştirakçılara təqdim edib. Sumqayıt şəhərinin  ziyalılarından yazıçı-dramaturq, rejissor, Əməkdar İncəsənət  Xadimi Ağalar İdrisoğlu, Azərbaycan  Yazışılar  Birliyi Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, şair Asif Asiman, MKS-nin baş biblioqrafı Yeganə Əhmədova, şair Lilpar Cəmşidqızı, Sumqayıtdakı  "Məktəbli” MMC-nin  rəhbəri, sahibkar Akif Şahbazov, "Sumqayıt”  qəzetinin əməkdaşı  İlhamə Məhəmmədqızı  kitab haqqında öz fikirlərini bildirməklə yanaşı, Eyruz müəllimin mərdlik, cəsarət, vəzifəsindən, rütbəsindən asılı olmayaraq heç kimin qarşısında əyilməmək, qələmi ilə  haqqı, ədaləti həmişə müdafiə etmək kimi xüsusiyyətlərindən bəhs ediblər.

Tədbir iştirakçıları Eyruz Məmmədovun  yeddi gözəl keyfiyyətini oxuculara çatdırıblar. Bunlar –birinci, Eyruz qarşısındakı adamı yüksək  səviyyədə dinləmək mədəniyyətinə, qabiliyyətinə malikdir.  İnkici, Eyruz  az danışmağı və çox iş görməyi xoşlayır. Danışdığı az cümlələrlə böyük fikirlər demək xüsusiyyətinə malikdir. Üçüncü, Eyruz dostluqda, yoldaşlıqda həmişə bütövdur. O, kiminlə dostluq, yoldaşlıq edirsə, heç vaxt təmənna güdmür və bu dostluğa  həmişə sadiqdir. Dördüncü, Eyruz ailəsinə çox bağlı insandır. Onun üçün ailə ən müqqəddəs varlıqdır.  Beşinci,  Eyruz valideynlərinə və ümumiyyətlə, yaşlı insanlara həmişə hörmətlə yanaşıb və onları uca tutubdur. Altıncı, doğulduğu və yaşadığı Sumqayıtı canı, qanı qədər çox sevir. Buna görə də jurnalistlər arasında Sumqayıt haqqında  ən çox yazan böyük  ziyalıdır. Eyruz  Sumqayıtı  gözəl bir şəhər kimi quran, tarixə köçürən insanları tarixdə əbədi yaşadır.  Bu da bizə bunu deməyə əsas verir ki, o, əsl cəfakeş sumqayıtlıdır. Yeddinci, Eyruz  ən böyük, unikal, qədim ölkə kimi Azərbaycan haqqında dünya səviyyəsində çap olunan  silsilə yazıların müəllifidir. Vətənini, xalqını sevməkdə  Eyruz  Məmmədov bir etalondur.

Bir sözlə, Eyruz  hər kəsə əlindən gələn köməkliyi böyük həvəslə  eləyən dəyərli vətəndaş,  böyük maarifpərvər insan,  yaxşı müəllimdir. Onun  xeyli jurnalistin yetişməsində  əvəzsiz  xidmətləri  vardır.

Tədbirin sonunda  kitabın  müəllifi, yazıçı-publisist, tərcüməçi  Arif  Ərşad çıxış edərək kitabın yaranması haqqında  maraqlı xatirələrini iştirakçılara söyləyib.

Eyruz müəllim isə çıxışında müəllifə, qələm dostlarına, oxuculara təşəkkürünü  bildirib, kitabxanaçılara olan hörmətini ifadə edib, kitabxanaları məbədgah adlandırıb.

Sonda NatəvanAxundzadə bütün iştirakçılara  təşəkkürünü  bildirib,  belə  təqdimatların daha da çox olmasını vurğulayıb.

Yekun olaraq fikirlərimi bu maraqlı deyimlə tamamlamaq istəyirəm: "Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin”.

İlhamə  MƏHƏMMƏDQIZI,

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü

Sumqayıtın salnaməsini yaradan insan

 


 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ