SON DƏQİQƏ

Gürcüstan Saakaşvili ilə bağlı qərar verdi

Tarix:

27-08-2022, 08:10

/ 1 993 dəfə oxundu.
Gürcüstan Saakaşvili ilə bağlı qərar verdi

Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşviliyə əcnəbi ekspertlər baxış keçirərək, onun səhhətini dəyərləndirəcək.

Bu barədə "Rustavi 2” telekanalı məlumat yayıb.

Bildirilib ki, bununla bağlı Gürcüstan Səhiyyə Nazirliyi müvafiq icazə verib.

Əcnəbi ekspertlər "Empatiya” mərkəzinin mütəxəssisləri ilə birgə müayinədən sonra Saakaşvilinin səhhəti ilə bağlı yekun rəy verəcəklər.

Qeyd edək ki, xaricdən ekspertlərin dəvəti eks-prezidentin vəkillərinin təşəbbüsü ilə baş tutub.


скачать dle 12.1

Şərhlər