SON DƏQİQƏ
» » Gürcü səfir Saakaşviliyə görə XİN-ə çağırıldı

Gürcü səfir Saakaşviliyə görə XİN-ə çağırıldı

Tarix:

11-11-2021, 22:53

/ 1 444 dəfə oxundu.
Gürcü səfir Saakaşviliyə görə XİN-ə çağırıldı

Gürcüstanın Kiyevdəki səfiri Georgi Zakaraşvili bu gün Ukrayna XİN-ə çağırılıb.

GunAz.az xəbər verir ki, bu barədə Ukrayna XİN məlumat yayıb.

Səfirə Gürcüstanın eks-prezidenti, hazırda həbsdə saxlanılan Mixail Saakaşvilinin türmə xəstəxanasına yerləşdirilməsini əks etdirən videoda ona zor tətbiqini təsdiqləyən fakta görə etiraz bildirilib.

Mixail Saakaşvilinin Ukrayna vətəndaşı və Ukrayna Milli İslahatlar Şurası İdarə Heyətinin sədri olduğu və Kiyevin Saakaşviliyə qarşı prosesə xüsusi diqqət yetirdiyi xatırladılıb.

Səfirlə söhbətində Ukrayna XİN rəhbərinin müavini Nikolay Toçinski bildirib ki, Gürcüstan Saakaşviliyə münasibətdə beynəlxalq normalara uyğun davranmağa zəmanət verməlidir.

Bu gün Saakaşvilinin ukraynalı vəkili Yevgeni Qruşovets də Dövlət İstintaq Bürosuna eks-prezidentin xəstəxanaya köçürülməsi zamanı ona qarşı zor tətbiq edilməsi cinayəti ilə bağlı ərizə verib.

O bildirib ki, bu vaxta qədər bir çox insanı müdafiə edib, çoxsaylı situasiyalar görüb, ancaq Gürcüstanda Ukrayna vətəndaşına qarşı edilən alçaldıcı hərəkətlə heç zaman qarşılaşmayıb.


скачать dle 12.1

Şərhlər