
Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, aktiv hərbi əməliyyatlar bu ilin sonuna qədər bitə bilər. Onun sözlərinə görə, tərəfdaşların köməyi Ukrayna ordusuna vaxtında çatarsa, bu işdə çox kömək edəcək.
Zelenski daha güclü silahlar şəklində hərbi dəstəyə görə ABŞ-a minnətdarlığını bildirib. Ukrayna prezidenti həmçinin, Qərb ölkələrini Ukraynaya mübarizəni davam etdirmək üçün hərbi dəstək verməyə çağırıb.
"Birləşmiş Ştatlar Ukraynaya çox kömək edir, lakin bu, qalib gəlmək üçün kifayət deyil. Bizə bu yardımı artırmalarını istəyirik - biz öz torpağımız üçün mübarizə aparırıq. ABŞ dünya iqtisadiyyatı deməkdir və o bizə silah və maliyyə baxımından kömək edə bilər”, - prezident əlavə edib.
"Etiraf etməliyəm ki, Avropanın bəzi ölkələri Rusiya ilə Ukrayna arasında balansın olmasını istəyir. Lakin ABŞ-ın yardımı sayəsində onlar Ukraynaya dəstək verməyə başladılar", - prezident deyib.