
Ukrayna Prezidenti Vladimir Zelenski əcnəbi iş adamlarını və investorları Ukrayna ilə əməkdaşlığa çağırıb.
GunAz.az xəbər verir ki, Zelenski Ukrayna ilə əməkdaşlığın iki istiqamətini - qısamüddətli və uzunmüddətli perspektivləri nəzərdən keçirməyi təklif edib.
"Bu müharibə 105 gündür davam edir. Biz isə bu müharibəni elə aparırıq ki, bizim qələbəmizə heç kimin şübhəsi olmasın. Bu, mütləq olacaq, nə qədər sürətli olsa, bir o qədər yaxşı olacaq, o cümlədən sizinlə əməkdaşlığımız”, - Zelenski əcnəbi iş adamları ilə görüşündə deyib.