SON DƏQİQƏ

AK-dən mənfi rəy alan Tiflisin cavabı

Tarix:

18-06-2022, 22:26

/ 1 302 dəfə oxundu.
AK-dən mənfi rəy alan Tiflisin cavabı

Gürcüstan kakimiyyəti namizəd statusu almaq üçün AB-nin bütün tələblərini yerinə yetirəcək.

GunAz.az xəbər verir ki, bu sözləri Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze deyib.

"O ki qaldı struktur islahatlarına, təsdiq olunmuş sənəddə müxtəlif istiqamətlərdə atılmalı olan addımlar qeyd edilib. Namizəd statusu üçün irəli sürülən şərtlər təxminən assosiasiya sazişinin bütün bəndləri ilə üst-üstə düşür. Yeni heç nə yoxdur. Bizim artıq bu öhdəliklərimiz onsuz da vardı və hər bir bənd üzrə müvafiq islahatlar həyata keçiriləcək”, - o bildirib.

Kobaxidze qeyd edib ki, məhz Gürcü Arzusunun idarəetməsi illərində Gürcüstan Avropa Birliyinə qəbul olunmaq üçün böyük inkişaf yolu keçib.

Qeyd edək ki, Avropa Komissiyası Ukrayna və Moldovadan fərqli olaraq, Gürcüstana namizəd statusunun verilməsini tövsiyə etməyib. Bunun üçün şərtlər irəli sürüb.


скачать dle 12.1

Şərhlər