
NATO Ukraynaya daha çox silah verməlidir.
Bu sözləri Polşa Baş naziri Mateuş Moravetski deyib.
"Biz Ukraynanı, onun xalqını, suverenliyini və azadlığını qorumaq üçün çox şey edirik. Ona görə də Ukraynaya daha çox silah, xüsusilə artilleriya silahı göndərilməsi ilə bağlı çağırış edirəm”, - deyə o, AB-nin Haaqadakı iclasında çıxışında bildirib.