
Polşa, Sloveniya və Çexiyanın baş nazirləri Kiyevə gəliblər.
GunAz.az xəbər verir ki, bu barədə Polşa hökumətinin başçısı Mateuş Moravetski feysbuk səhifəsində bildirib.
"Biz Şərqdə baş verən faciəni mümkün qədər tez dayandırmalıyıq. Ona görə də baş nazirin müavini Yaroslav Kaçinski, Çexiya, Sloveniyanın baş nazirləri Petr Fiala və Janez Yanşa ilə birlikdə Kiyevdəyik”, – Moravetski qeyd edib.
12:31
Bu gün Çexiyanın Baş naziri Petr Fiala, Slovakiyanın hökumət başçısı Yanez Yanşa və Polşanın Baş naziri Mateuş Moravetski Ukrayna paytaxtı Kiyevə səfər edəcək.
GunAz.az "Associated Press”ə istinadən xəbər verir ki, bunu P.Fiala tviterdə yazıb.
Liderlər Avropa İttifaqının missiyası kimi Kiyevə baş çəkəcəklər.
"Səfərin məqsədi Avropa İttifaqının Ukraynaya, onun azadlığına və müstəqilliyinə qeyd-şərtsiz dəstəyini ifadə etməkdir”, – hökumət başçısı bildirib.
Üç ölkənin Baş nazirləri ilə yanaşı Polşa Baş nazirinin təhlükəsizlik məsələləri üzrə müavini, mühafizəkar hakim partiyanın lideri Yaroslav Kaçinski də Kiyevə gedəcək.