
Rusiya qoşunları Ukraynanın Rubejnoe şəhərini ələ keçirib.
Bunu Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday deyib.
"Rubejnoedə, təəssüf ki, onlar demək olar, hər şeyə nəzarət edirlər - amma Milli Qvardiyaçılarımızın qoruduğu məhəllələrə üçüncü aydır daxil ola bilmirlər. Rubejnoenin özündə vəziyyət mürəkkəbdir: su, qaz yoxdur. İşğalçıların fəxr etdiyi yeganə şey budur – bağladığımız xəstəxananı açmaları", - Qayday qeyd edib.