SON DƏQİQƏ

Ərdoğan Tokayevlə bəyanat imzaladı

Tarix:

10-05-2022, 23:22

/ 1 313 dəfə oxundu.
Ərdoğan Tokayevlə bəyanat imzaladı

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev mayın 10-da Türkiyəyə dövlət səfərinə gəlib.

GunAz.az xəbər verir ki, Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev arasında görüş keçirilib, sonra iki qardaş ölkəni təmsil edən heyətlər görüşüblər.

Bu görüşlərdən sonra dövlət başçılar birgə mətbuat konfransı keçiriblər.

Türkiyə ilə Qazaxıstan arasında münasibətləri strateji ortaqlıq səviyyəsinə yüksəldən siyasi bəyanat imzalanıb.

Qazaxıstan və Türkiyənin Avrasiyada sülhün bərqərar olmasına xüsusi önəm verdiyinə diqqəti çəkən Prezident Qasım-Jomart Tokayev bildirib ki, hər iki ölkə Trans-Xəzər Beynəlxalq nəqliyyat dəhlizinin potensialından daha səmərəli istifadə etməyə üstünlük verir.

Liderlər ifadə ediblər ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq əlaqələrinin genişlənməsi və perspektivlər ətrafında səmərəli müzakirələr aparılıb. Dövlət başçıları bildiriblər ki, Ankarada imzalanan sənəd Türkiyə-Qazaxıstan münasibətlərini strateji ortaqlıq səviyyəsinə yüksəldib.


скачать dle 12.1

Şərhlər