SON DƏQİQƏ

Ərdoğan Tokayevlə danışdı

Tarix:

6-01-2022, 19:46

/ 2 160 dəfə oxundu.
Ərdoğan Tokayevlə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev arasında telefon danışığı baş tutub.

Liderlər Qazaxıstandakı son hadisələri müzakirə ediblər.

Türkiyə dövlət başçısı Qazaxıstanda baş verən olayları diqqətlə izlədiyini və Qazaxıstanla həmrəy olduğunu qeyd edib.

 

Danışıqlar zamanı Ərdoğan Qazaxıstanın yeni hökumətinin tezliklə formalaşmasına ümid etdiyini bildirib.

"Türkiyə lazım gələrsə, Qazaxıstanla təcrübə və texniki biliklərini bölüşməyə hazırdır", - Ərdoğan söyləyib.

Bundan əlavə, Ərdoğan Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin digər liderləri ilə də telefon danışığı aparıb.

скачать dle 12.1

Şərhlər