
Sanskiyalara görə fəaliyyətini dayandıran Gürcüstanın "Borjomi” şirkəti 49 əməkdaşını işdən azad edib.
Bu barədə şirkətin bəyanatında qeyd olunub.
Bəyanata əsasən, zavod fəaliyyətini dayandırdığına görə işçilərin maaşlarını tam ödəyə bilmir:"Bildiyiniz kimi, şirkətimiz bu gün böyük sınaq qarşısındadır. Biz ilk növbədə şirkəti xilas etmək və mümkün qədər iş yerlərini saxlamaq üçün hər şeyi edirik. İndiki şəraitdə işçilərin müqavilələrində dəyişiklik etmək məcburiyyətində qaldıq, çünki şirkət artıq zavodun dayandığı saatların maaşını tam olaraq ödəyə bilmir. Buna görə də biz işçilərə yenilənmiş şərtlər təklif etdik (zavodun dayandığı saatların 50%-i ödənilsin) bu, təəssüf ki, az sayda işçi üçün məqbul sayılmadı, bu da bizi zavodda işçilərin çıxarılmasına məcbur etdi və 49 işçi azad olundu",-deyə bəyanatda qeyd olunub.
Xatırladaq ki, "Borjomi” mineral sularının istehsalı şirkətə qarşı sanksiyalara görə 19 apreldən etibarən müvəqqəti fəaliyyətini dayandırıb