SON DƏQİQƏ
» » Bakıda bu şirkətin kuryerləri nədən narazıdır?

Bakıda bu şirkətin kuryerləri nədən narazıdır?

Tarix:

22-04-2022, 13:29

/ 1 423 dəfə oxundu.
Bakıda bu şirkətin kuryerləri nədən narazıdır?

Bakıda "Wolt” şirkətində kuryer işləyən 100-dən çox işçi bu gün işə çıxmayıb.

Onlar maaş artımı tələbilə şirkətin mobil proqramını dondurublar.

İşçilərin verdiyi məlumata əsasən, "Wolt” şirkəti artıq kuryerlərin bir çoxunu işdən çıxarıb. Tətil təşkilatçılarının sözlərinə görə, maaş artımı tələb edəndə şirkətdən hədə-qorxu gəlirlər ki, işləmək istəyən, növbədə gözləyən yüzlərlə insan var.

"Səni psixoloji olaraq sındıraraq inandırırlar ki, sənin əhəmiyyətin yoxdur, sən sadəcə statistikasan, yüzlərlə kuryerdən birisən. Səndən növbədə yüzlərlədir", - deyə çağırışda bildirilir.

Hər gün səhərdən-axşama "şeytan arabasıyla” yollarda şütüyən kuryerlər ötən aylar ərzində həyatın kəskin bahalaşdığını, maaşlarınsa yerində saydığını bildiriblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ