SON DƏQİQƏ
» » Evdən işləyən işçilər məzuniyyətə çıxa bilməyəcək? Hüquqşünas CAVABLANDIRDI

Evdən işləyən işçilər məzuniyyətə çıxa bilməyəcək? Hüquqşünas CAVABLANDIRDI

Tarix:

20-04-2020, 15:34

/ 2 012 dəfə oxundu.
Evdən işləyən işçilər məzuniyyətə çıxa bilməyəcək? Hüquqşünas CAVABLANDIRDI

Azərbaycanda koronavirus pandemiyasının yayılmasının qarşısını almaq və insanların təhlükəsizliyini təmin etmək məqsədilə atılan addımlardan biri də işçilərin maaşları saxlanılmaqla məzuniyyətə göndərilmələri, həmçinin evdən işləmək mümkün olan işlərdə isə işçilərin evdən işləməsinə icazə verilməsi ilə bağlı qərar oldu.
Ölkəmizdən xüsusi rejimli karantin rejimi müddəti 4 may 2020-ci il saat 00:00-a qədər uzadıldığı üçün həmin qərar da bu tarixə qədər qüvvədə olacaq.
Bununla da rəsmi müqavilə ilə işləyən işçilərə maddi ziyan dəyməsinin qarşısı alınmış oldu. Muzdlu işçilərə dəymiş ziyan isə hökumətin açıqladığı tədbirlər planı çərçivəsində kompensasiya edilir.
İndi isə bəzi insanları belə bir sual narahat edir: Karantin günlərində işçilərin evdə qalması Əmək Məcəlləsində məzuniyyət günlərinə hər hansı bir təsir edəcəkmi?
Məsələ ilə bağlı hüquqşünas Əlövsət Allahverdiyev  açıqlamasında bildirib ki, bu, heç bir halda təsir etməyəcək və etməməlidir:
"Hətta bu günlərdə belə bir məsələ də ortaya atıblar ki, guya distant təhsil keçə bilməyən müəllimlərə maaş verilməyəcək. Belə bir şey yoxdur. Karantin dövründə evdən işləmək müəllimlərin və əmək fəaliyyəti ilə məşğul olan digər bütün işçilərin öz iradəsindən asılı olmayan bir haldır. Bu, hökumətin mövcud vəziyyətə uyğun atdığı bir addımdır və işçilər əməkhaqqı saxnılmaqla evə buraxılıb. Ona görə də onların məzuniyyətinə də heç bir təsir edə bilməz”.
Hüquqşünas sözlərinə əlavə edib ki, rəhbər şəxslər işçilərinin qarşısında məzuniyyətə çıxmamaq barədə tələb qoya bilməz:
"Faktiki olaraq bu adam evdən işləyib və işini icra edib. Hətta heç işləməyibsə belə onlar arasında fərq qoyula bilməz. Qərar hamı üçün eynidir və hamıya şamil olunur. Əgər olsaydı, Nazirlər Kabinetinin qərarında öz əksini tapardı. Əgər işçilər məzuniyyətə buraxılmazsa, bu, hüququn birbaşa pozulması hesab edilər”.BAKU.WS
скачать dle 12.1

Şərhlər