SON DƏQİQƏ

Çin Tayvanın hava sərhədini POZDU

Tarix:

31-03-2022, 21:26

/ 1 409 dəfə oxundu.
Çin Tayvanın hava sərhədini POZDU

Çin Ordusuna aid 13 döyüş təyyarəsi Tayvanın "Hava Hücumundan Müdafiə Bölgəsi” elan etdiyi əraziyə daxil olub.

GunAz.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyindən bildirilib.

 

1 "KJ-500” erkən xəbərdarlıq və nəzarət təyyarəsi, 2 "H-6” strateji bombardmançı, 6 "J-16” və 4 "J-10” döyüş təyyarəsi gündüz və axşam saatlarında Tayvan hava sahəsinə girib. Açıqlamada təyyarələrə radio ilə xəbərdarlıq edildiyi, ardınca isə hərbi patrul təyyarələri və hava hücumundan müdafiə raket sistemləri tərəfindən nəzarətə götürldüyü deyilib.

Bildirilir ki, müdafiə bölgəsi ABŞ-ın Filippinlə birgə hərbi təlimə başladığı "Luzon” adasının şimalında yerləşir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ