SON DƏQİQƏ

Özbəkistan Əfqanıstan təyyarəsini vurdu

Tarix:

16-08-2021, 17:03

/ 4 212 dəfə oxundu.
Özbəkistan Əfqanıstan təyyarəsini vurdu

Əfqanıstana məxsus hərbi təyyarə Özbəkistanın cənubunda qəzaya uğrayıb.

Bu barədə Özbəkistan mediası məlumat yayıb.

Bildirilib ki, qəza zamanı 2 əfqan hərbçisi yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, təyyarənin qəzaya uğradığı bölgə Əfqanıstanla sərhəddə yerləşir.

***

Özbəkistan Hava Hücumundan Müdafiə Qüvvələri ölkənin hava sərhədlərini pozan Əfqanıstan təyyarəsini vurub.

Bu barədə Özbəkistan Müdafiə Nazirliyindən bildirilib.

Surxandərya vilayətinin Şerabad rayonu ərazisində Əfqanıstana məxsus hərbi təyyarənin Özbəkistanın hava sərhədlərini pozduğu zaman Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulduğu qeyd edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ