SON DƏQİQƏ
» » ABŞ Ukraynaya pul yadımı edəcək - ŞOK RƏQƏM / YENİLƏNİB

ABŞ Ukraynaya pul yadımı edəcək - ŞOK RƏQƏM / YENİLƏNİB

Tarix:

30-03-2022, 22:07

/ 1 414 dəfə oxundu.
ABŞ Ukraynaya pul yadımı edəcək - ŞOK RƏQƏM / YENİLƏNİB

ABŞ Prezidenti Co Bayden Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında ABŞ-ın Ukraynaya birbaşa 500 milyon dollar yardım etmək niyyətində olduğunu bildirib.

GunAz.az xəbər verir ki, bu barədə Ağ Ev açıqlama yayıb.

 

Bildirilib ki, Bayden və Zelenski bu gün baş tutan telefon danışığı zamanı ABŞ və müttəfiqləri Ukraynaya hərbi, iqtisadi və humanitar yardımlar və Rusiyaya qarşı sanksiyaları müzakirə ediblər.

Görüş zamanı ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar və Ukraynaya yeni humanitar yardımlar da müzakirə edilib.

Zelenski Baydenə Ukraynanın Rusiya ilə danışıqları barədə məlumat verib.

20:34

"ABŞ Prezidenti Co Bayden və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub”.

GunAz.az xəbər verir ki, bu barədə Prezident Zelenski "Twitter”də bildirib.

"ABŞ Prezidenti Co Baydenlə bir saatlıq söhbəti indicə bitirdim. Döyüş meydanında və danışıqlar masasında vəziyyətin ortaq qiymətləndirilməsini etdik. Xüsusi müdafiə dəstəyi, gücləndirilmiş sanksiyaların yeni paketi, makromaliyyə və humanitar yardımlar haqqında müzakirə apardıq”,- deyə Zelenski qeyd edib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ