SON DƏQİQƏ

Bayden və Zelenski nələri müzakirə edib?

Tarix:

10-12-2021, 08:16

/ 1 280 dəfə oxundu.
Bayden və Zelenski nələri müzakirə edib?

Ukrayna Prezidenti Vladimir Zelenskinin amerikalı həmkarı Co Baydenlə telefon söhbəti 1,5 saat davam edib.

Görüşlə bağlı Zelenski Tvitter hesabında bir sıra məsələlərin müzakirə olunduğunu vurğulayıb.

"ABŞ Prezidenti məni Vladimir Putinlə danışıqlarının məzmunu ilə tanış etdi. Biz Donbasdakı münaqişənin həlli üçün mümkün formatları da müzakirə etdik, Ukraynada daxili islahatların gedişatına toxunduq”, - o bildirib.

Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak da açıqlamasında telefon söhbətində Baydenin Ukraynaya istənilən vaxt yardım etməyə hazır olduğunu qeyd edib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ