
İtaliya ukraynalı qaçqınların qəbulu məsələsində öhdəsinə düşəni edəcək.
GunAz.az xəbər verir ki, bu sözləri İtaliyanın Baş naziri Mario Draqi deyib.
"İndiyədək İtaliyaya 23 min 872 Ukrayna vətəndaşı gəlib. Onların 90 faizdən çoxu qadınlar və uşaqlardır. Şübhəsiz ki, İtaliyaya sığınanların sayı artacaq. İşləmək istəyən ukraynalılar üçün tədbirlər nəzərdə tutulur. Qaçqınlar hər 48 saatdan bir COVID-19-a qarşı testdən keçirlər, həmçinin onlar peyvənd olunmağa razılaşırlar”, - Draqi qeyd edib.