
İraq parlementinin sədri Məhəmməd əl-Halbusinin iqamətgahına atılan raket nəticəsində 2 nəfər yaralanıb.
Bu barədə İraq hökumətinə bağlı KİV şəbəkəsinin yaydığı açıqlamada bildirilib.
Məlumata görə, hadisə Ənbar əyalətinn Garma rayonunda baş verib. Bildirilib ki, parlament sədrinin doğulduğu Garma rayonuna 4 raketlə terror hücumu olub. Raketlərdən biri Məhəmməd əl-Halbusinin iqamətgahına düşüb.
Halbusinin ofisindən hadisə ilə bağlı açıqlama verilməyib.