İraq parlamentinin sədrinin iqamətgahına raket atılıb- Yaralanan var

İraq parlamentinin sədrinin iqamətgahına raket atılıb- Yaralanan var

İraq parlementinin sədri Məhəmməd əl-Halbusinin iqamətgahına atılan raket nəticəsində 2 nəfər yaralanıb.

Bu barədə İraq hökumətinə bağlı KİV şəbəkəsinin yaydığı açıqlamada bildirilib.

Məlumata görə, hadisə Ənbar əyalətinn Garma rayonunda baş verib. Bildirilib ki, parlament sədrinin doğulduğu Garma rayonuna 4 raketlə terror hücumu olub. Raketlərdən biri Məhəmməd əl-Halbusinin iqamətgahına düşüb.

Halbusinin ofisindən hadisə ilə bağlı açıqlama verilməyib.

скачать dle 12.1
Geri qayıt