
ABŞ hərbi təlimlərə qarşılıqlı məhdudiyyətlər qoymağa hazırdır.
GunAz.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin birinci müavini Vendi Şerman Rusiya nümayəndələri ilə Cenevrədə keçirilən görüşü şərh edərkən deyib.
O vurğulayıb ki, ölkəsi Rusiya ilə hərbi təlimlər və şəffaflıq tədbirləri ilə bağlı qarşılıqlı məhdudiyyətlərə açıqdır.
Qeyd edək ki, bu gün İsveçrənin Cenevrə şəhərində ABŞ-la Rusiya arasında təhlükəsizlik təminatı məsələlərinə dair danışıqlar keçirilib.