SON DƏQİQƏ

Tokayev hökuməti istefaya göndərdi

Tarix:

5-01-2022, 10:42

/ 1 731 dəfə oxundu.
Tokayev hökuməti istefaya göndərdi

Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev hökuməti istefaya göndərib.

Bu barədə Tokayev fərman imzalayıb.

Fərmanda hökumət üzvlərinə Nazirlər Kabinetinin yeni tərkibi təsdiq olunana qədər öz vəzifələrini yerinə yetirməkdə davam etmək tapşırılıb.

Qazaxıstan baş nazirinin səlahiyyətləri müvəqqəti olaraq Alixan Smaylova tapşırılıb.

 

Ölkə başçısı bununla bərabər fövqəladə vəziyyət elan edilən Mangistau vilayəti ilə bağlı yeni iqtisadi proqramı və prioritet vəzifələri açıqlayıb.

Qeyd edək ki, qazın qiymətinin qalxması səbəbindən ölkədə aksiyalar başlayıb. Buna görə bəzi vilayətlərdə fövqəladə vəziyyət elan edilib.

Hökumət qazın qiymətini də aşağı salacağını açıqlayıb.

скачать dle 12.1

Şərhlər