SON DƏQİQƏ

Almatı şəhərinə giriş-çıxış bağlanıb

Tarix:

5-01-2022, 08:32

/ 1 864 dəfə oxundu.
Almatı şəhərinə giriş-çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb.

Almatı şəhərinə giriş və çıxış qadağandır.

Komendant saatı axşam saat 23:00-dan səhər saat 7:00-a qədər davam edəcək. Almatı və Manqistau vilayətində kütləvi tədbirlərin keçirilməsi də qadağan edilib.

Qeyd edək ki, Qazaxıstanda etirazlar yanvarın 2-dən Janaozen, Manqistau vilayətləri başda olmaqla bir sıra yaşayış məntəqələrində başlayıb. Sakinlər maye qazın dəyərinin kəskin artmasına etiraz ediblər. Belə ki, ölkədə maye qazın dəyəri 60 təngədən 120 təngəyə qaldırılıb.

Qazaxıstan hökuməti Manqistau vilayətində maye qazın qiymətinin 1 litr üçün 50 təngəyə (0,11 dollara və ya 20 qəpik - red.) endirsə də etirazlar davam edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ