SON DƏQİQƏ
» » Qazaxıstan təyyarəsi Özbəkistanda təcili eniş etdi

Qazaxıstan təyyarəsi Özbəkistanda təcili eniş etdi

Tarix:

4-01-2022, 21:43

/ 1 424 dəfə oxundu.
Qazaxıstan təyyarəsi Özbəkistanda təcili eniş etdi

Qazaxıstanın "Fly Arystan" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Özbəkistanın Ürgənc hava limanında təcili eniş edib.

GunAz.az xəbər verir ki, bu barədə "Uzbekistan Airports" şirkətinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, Türküstan-İstanbul marşrutu üzrə uçuşu həyata keçirən təyyarənin təcili eniş etməsinə səbəb göyərtədəki sərnişinlərdən birinin özünü pis hiss etməsi olub.

 

Eniş etdikdən sonra özünü pis hiss edən Türkiyə vətəndaşı tibbi yardımın göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.

Qeyd edilib ki, təyyarə yaxın saatlar ərzində İstanbula yola düşəcək.


скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər