SON DƏQİQƏ
» » Türkiyə buna görə Ermənistana müraciət etdi

Türkiyə buna görə Ermənistana müraciət etdi

Tarix:

4-01-2022, 18:07

/ 1 578 dəfə oxundu.
Türkiyə buna görə Ermənistana müraciət etdi

Türkiyənin "Pegasus” aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib.

Bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbuat katibi Sona Arutyunyan deyib.

Türkiyə şirkəti fevral ayından başlayaraq, həftədə iki uçuş həyata keçirmək istəyir. Hazırda Ermənistan tərəfi şirkətin müraciətinə baxır.

Qeyd edək ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində addımlardan biri də aviauçuşların açılmasıdır.
скачать dle 12.1

Şərhlər