
İran Prezidenti İbrahim Rəisi ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Danışıqlarda İran-Ermənistan əlaqələrinin inkişafı, iqtisadi münasibətlərin gücləndirilməsi müzakirə edilib.
Rəisi Paşinyanı və erməni xalqını Yeni illə bağlı təbrik edib. Paşinyan isə İranda ermənilərə yaradılan yüksək şəraitə görə təşəkkür edib.
İkitərəfli əlaqələri yüksək səviyyədə saxlamaqla bağlı niyyət də ifadə edilib.