SON DƏQİQƏ
» » İran və Ermənistan həmişə dost olub- Görüşün təfərrüatları

İran və Ermənistan həmişə dost olub- Görüşün təfərrüatları

Tarix:

20-09-2021, 13:36

/ 3 610 dəfə oxundu.
İran və Ermənistan həmişə dost olub- Görüşün təfərrüatları

Şanxay Əməkdaşlıq Təşkilatının iclasında iştirak etmək üçün Tacikistana səfər edən İran prezidenti İbrahim Rəisi səfərin 2-ci günü Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Paşinyan Rəisinin qaldığı iqamətgaha gələrək onunla görüşüb.

 

Görüş zamanı törətdiyi qətliamlara görə dünyada "Tehran qəssabı” kimi məşhurlaşan İbrahim Rəisi Xocalı cəlladlarının təmsilçisi olan Paşinyana İranla Ermənistanın həmişə dostluq və konstruktiv və müsbət əlaqələrə malik olduğunu deyərək, iki ölkə arasında hazırda mövcud olan iqtisadi əlaqələrin daha da genişləndirilməsinin "zəruri” olduğunu vurğulayıb.

Onun sözlərinə görə, xüsusi işçi qruplarının yaradılması Tehranla İrəvan arasında ticarət əlaqələrin genişlənməsində dönüş nöqtəsi ola bilər.

"İran və Ermənistanın tarixi əlaqələri həmişə dostcasına və konstruktiv olub. Hər iki ölkənin siyasətçiləri və rəhbərlərinin mövcud iradəsi əsasında Tehran və İrəvan geniş iqtisadi əlaqələrdə yeni səhifə aça bilərlər”, – deyə Rəisi əlavə edib.

O, habelə Ermənistanla enerj mübadiləsi, nəqliyyat, birgə istehsal projeləri və maliyyə mübadiləsi sahəsində işçi qruplarının yaradılmasının ikitərəfli münasibətlərin möhkəmləndirilməsi yönündə stimul və hərəkətverici qüvvə ola biləcəyini qeyd edib. İran prezidenti Paşinyana ölkəsinin sənayesi və özəl şirkətlərinin Ermənistanın ehtiyac duyduğu bütün məhsul və xidmətləri təmin etmək gücündə olduğunu deyib.

Paşinyan isə İranın hər zaman bölgədəki münasibətlərdə rolunu "müsbət” dəyərləndirərək, bu ölkənin məntəqədəki münaqişələrin (Qarabağ savaşı) həlli üçün irəli sürdüyü təşəbbüs və təklifləri yüksək qiymətləndirdiklərini deyib. O da öz növbəsində Rəisinin münasibətlərin inkişafı yönündə bütün dediklərini təsdiqləyərək, erməni nazirlərə iki ölkənin keçmişdə əldə etdikləri anlaşmaların qarşısında duran əngəlləri aradan qaldırmaq üçün tapşırıqlar verəcəyini deyib.

Qeyd edək ki, İran həm 1-ci, həm də 2-ci Qarabağ müharibəsi zamanı Ermənistana hər cür siyasi, maddi və hərbi dəstək göstərməklə Azərbaycanın Qarabağ bölgəsinin işğalda qalması üçün əlindən gələni edib. Buna görə də, Paşinyan və digər erməni rəsmilər Qarabağ münaqişəsində İranın "rolunu” hər zaman "yüksək qiymətləndirirlər”.konkret.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ