
Türkiyənin Antalya şəhərini güclü fırtına cənginə alıb.
Sahilyanı ərazilər, Finike, Qumluca və Kəmər səmtlərində "qırmızı təhlükə” səviyyəsi elan edilib.
Onlarla avtomobil yollarda qalıb. Fırtına nəticəsində aşan ağaclar yol kənarındakı obyekt və maşınlara zərər verib.
Meteorologiya xidməti fırtınanın təsirinin daha da artacağı barədə xəbərdarlıq edib.