Türkiyənin İstanbul şəhərində axşam saatlarında şiddətli yağış və fırtına olub.
Fırtına nəticəsində Maltəpə rayonunda D-100 şosesində işıqlandırma dirəyi hərəkətdə olan avtomobilin üzərinə aşıb. Xoşbəxtlikdən avtomobilin sürücüsü xəsarət almayıb.
Kadıköy rayonunda isə fırtına səbəbindən motokuryerlər çətin anlar yaşayıb.
Şəhərin digər səmtlərində də işıq dirəklərinin və ağacların fırtınanın təsirindən aşdığı, avtomobillərə ciddi ziyan dəydiyi bildirilib.