
FETÖ ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrindən son çevrilişə cəhddən bu günə qədər 24 min 256 nəfər qovulub.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Bu şəxslərdən 9 min 360-ı birbaşa Türkiyə milli müdafiə naziri Hulusi Akarın əmri ilə ordudan xaric edilib. İşdən çıxarılanlar arasında 150 general və 10 min 528 müxtəlif rütbəli zabit olub”, - məlumatda bildirilib.





























