SON DƏQİQƏ
» » Andiçmə mərasimi ləğv edildi- Səbəb nədir?

Andiçmə mərasimi ləğv edildi- Səbəb nədir?

Tarix:

22-12-2021, 09:11

/ 1 317 dəfə oxundu.
Andiçmə mərasimi ləğv edildi- Səbəb nədir?

ABŞ-ın Nyu-York şəhərinin yeni seçilən meri Erik Adams 2022-ci il yanvarın 1-də keçirilməsi planlaşdırılan andiçmə mərasimini ləğv edib.

61 yaşlı siyasətçi bu qərarı şəhərdə COVID-19-un yeni variantı "omikron” ştammına yoluxanların sayının artması səbəbi ilə verib.

"Biz insanları təhlükəli mühitə salmaq istəmirik. Mənim mərasimə ehtiyacım yoxdur", - Erik Adams deyib.

Qeyd edək ki, mərasimin Bruklində yerləşən "Kings” Teatrında, qapalı məkanda keçirilməsi planlaşdırılırdı. Yeni mer yanvarın 1-də Nyu-Yorkun sabiq meri Bill de Blasiodan səlahiyyətlərini təhvil alacaq.

Qeyd edək ki, son günlərdə Nyu-York şəhərində pandemiyaya yoluxanların sayının yüksəlməsi səbəbindən bir sıra kütləvi təbirlər ləğv olunub.

скачать dle 12.1

Şərhlər