
Ötən həftə Liviya sahillərində qayıqların batması nəticəsində azı 160 nəfər həyatını itirib.
GunAz.az xəbər verir ki, bu məlumatı Beynəlxalq Miqrasiya Təşkilatı yayıb.
Təşkilat bildirir ki, 12-18 dekabr tarixlərində 466 miqrant dənizdə tapılaraq Liviyaya qaytarılıb. Bir neçə yüz nəfər dənizi keçərək Avropaya çata bilib.
İl ərzində Aralıq dənizində 1500-ən çox miqrant həlak olub.



























