SON DƏQİQƏ

Aİ daha bir vaksinin istifadəsini təsdiqlədi

Tarix:

20-12-2021, 21:33

/ 1 459 dəfə oxundu.
Aİ daha bir vaksinin istifadəsini təsdiqlədi

Avropa İttifaqının Avropa Dərman Agentliyi (EMA) "Novavax” şirkətinin COVID-19-a qarşı nəzərdə tutulan "Nuvaxovid” peyvəndinin istifadəsinə icəzə verib.

GunAz.az xəbər verir ki, bu barədə Agentliyin mətbuat xidməti məlumat yayıb.

Agentlik vaksin haqqında məlumatların etibarlı olduğu və Aİ-nin effektivlik, təhlükəsizlik və keyfiyyət meyarlarına cavab verdiyi qənaətinə gəlib.

İki əsas klinik sınaqdan alınan nəticələr göstərib ki, "Nuvaxovid” 18 yaşdan yuxarı şəxslərdə COVID-19-un qarşısının alınmasında təsirlidir. Klinik sınaqlarda ümumilikdə 45000-dən çox insan iştirak edib.


скачать dle 12.1

Şərhlər